18 Avqust 2026
00:13
15

Aysel Sultan “International Pearls Awards 2026” mükafatına layiq görülüb

Aysel Sultan "International Pearls Awards 2026” mükafatına layiq görülüb.

Bu barədə məlumatı layihənin direktoru İlmirzə Ağabəyov məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan möhtəşəm "International Pearls Awards 2026” gecəsində Azərbaycanla yanaşı, bir çox ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər.

Mükafatçılar sırasında tanınmış " Beynəlxalq Dərəcəli Stilist Vizajist - Aysel Sultan" da yer alıb.

Qeyd edək ki, Peşəkarlığı, zövqü və yaradıcılığı ilə gözəllik sənayesində seçilən simalardandır. Artıq 18 ildən çoxdur ki, bu sahədə uğurla fəaliyyət göstərir, beynəlxalq dərəcəli peşəkar kimi zəngin təcrübəsi və sənətə olan sevgisi ilə yüzlərlə xanımın etimadını qazanıb. Eyni zamanda, Azərbaycan Respublikasının Özünüməşğulluq Proqramı çərçivəsində dövlət tərəfindən dəstəklənən sahibkarlardandır.

"International Pearls Awards 2026” layihəsinin keçirilməsində göstərdiyi dəstəyə görə Baş Sponsorlarımız – Flax Project və White Star Cleaning xüsusi olaraq qeyd olunur.

Tədbirin təşkilatçısı Caspian Events Group və Luxury Society Baku olaraq, Baş Sponsorlarımız Flax Project və White Star Cleaning-ə göstərdikləri dəstəyə görə təşəkkür edirik.