Aytac Bayramzadə: "Onun ölüm xəbəri yaramı yenidən sızlatdı"
"Türkiyə vətəndaşının Toğanalı-Kəlbəcər tunelində faciəli şəkildə ölümü xəbərini zəlzələ yaramı yenidən sızlatdı".
Bunu İslahat.az-a açıqlamasında aparıcı Aytac Bayramzadə deyib:
"Hər gün yuxudan oyanan kimi saytları açıram ki, görüm nə yazırlar. Bu gün səhər də yuxudan oyanıb saytları oxuyurdum. Toğanalı-Kəlbəcər tunelində fəhlənin faciəvi şəkildə öldüyünü gördüm. Bu xəbər məni çox sarsıtdı. Osman Kaya adlı şəxs Türkiyə vətəndaşıdır. Onu görüb Türkiyədəki dəhşətlər gözümün qarşısında yenidən canlandı, çox pis oldum".