15 Noyabr 2022
14:09
17943

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

İslahat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

"Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri "21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu” çərçivəsində təlim keçirlər”.

İslahat.az