08 İyul 2023
20:09
312

Azərbaycanlı gənc müğənninin musiqisi İngiltərə mətbuatında

Azərbaycanlı gənc müğənni Rövşanə Kərimduxtun "ADRES” adlı musiqisi İngiltərə mətbuatında işıqlandırılıb.

İslahat.az xəbər verir ki, Avroviziya Mahnı Müsabiqəsinin musiqi portallarından biri "ESCCovers.com” saytında azərbaycanlı gənc müğənni Rövşanə Kərimduxtun "ADRES” adlı musiqisi haqqında məqalə (https://www.esccovers.com/rovshana-karimdukht-releases-cool-adres-song/) dərc olunub.

Məqaləni məhşur ingiltərəli jurnalist "Ion Fowell” hazırlayıb və müğənniyə sosial platforma üzərindən məlumat verib.

Qeyd edək ki, azərbaycanlı gənc müğənni Rövşanə Kərimduxt Asəf Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyasının məzunudur. İctimai Televiziyada yayımlanan "Səs Azərbaycan” layihəsinin iştirakçısı olub.

"ADRES” - VİDEO LİNK: https://www.youtube.com/watch?v=AYu3YVro1Qk

İslahat.az