12 Dekabr 2022
11:42
18737

Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladı: "Volkov bura gəlsin..."

Bu gün səhər saatlarından etibarən azərbaycanlı QHT nümayəndələrinin və aktivistlərin iştirakı ilə Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiya keçirilir.

İslahat.az xəbər verir ki, aksiya iştirakçıları Xankəndiyə gedən yolu bağlayıb. Bu barədə hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev məlumat verib.

O, hazırda Xankəndiyə gedən yolun üstündə 3 çadırın qurulduğunu bildirib."Tələblərimiz yerinə yetirilməyincə yolu açmayacağıq”– deyə jurnalist qeyd edib.

Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

İslahat.az