16 Noyabr 2022
15:57
18791

Baş nazirdən şəhid ailəsi statusunun verilməsi qaydası ilə bağlı QƏRAR

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

İslahat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün arayış verən qurumlar siyahısına Fövqəladə Hallar Nazirliyi də daxil edilib.

Fövqəladə Hallar Nazirliyi şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər” altsisteminə daxil edəcək.

İslahat.az