Berlin Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən "Ana dilimizi sevək” kursunun ilk dərsi 8 Noyabr – Zəfər Gününə həsr edilib.
İslahat.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Zəfərin mübarək, Azərbaycan!” mövzusunda keçirilən dərsdə şagird və valideynlər, dilimizə maraq göstərən almanlar və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvləri iştirak ediblər. Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərs zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şagirdlər bayram münasibətilə rəsmlər çəkiblər.
İslahat.az