11 Fevral 2022
11:46
22764

Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlər nə vaxt veriləcək?

Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsi yaxın vaxtlarda başlanılacaq.

İslahat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

İclasda 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirilib.

İslahat.az