18 Noyabr 2022
11:56
18822

Caspian Events Group 5-illiyində "Trend of the Year 2022" mükafatı təqdim etdi - FOTO

Caspian Events Group 5-illiyini qeyd etdi.

İslahat.az xəbər verir ki, qala-gecəsində müxtəlif sahələrdə uğur qazanan, fərqlənən, trendə çevrilən şəxslərə və şirkətlərə "Trend of the Year 2022" mükafatı təqdim edildi.

Mükafatın verilməsində əsas məqsəd müxtəlif sahədən olan insanları bir araya toplamaq, nominantları geniş ictimaətə təqdim etmək və onlar arasında qarşılıqlı əlaqələri dahda möhkəmləndirmək idi. Aparıcılığı əməkdar artist Elnur Kərimova həvalə olunan gecədə iş adamları ilə yanaşı bir çox məhşur simalarda yer aldı. Mükafatçılar sırasında Baba Vəziroğlu, Təyyar Bayramov, Elşən Gəncəvi, Səlim Abbasov, Vəfa Zeynalova, Xuraman Şuşalı, Mirələm Mirələmov, Rübail Əzimov, Kənan Bayramov, Zümrüd Bədəlova, Şəhriyar Əbilov, Aqil M. Quliyev, Hacı Nuran, Elvin Babazadə, Elməddin Cəfərov, Vüqar İmanov və başqa tanınmış simalar yer alıb.

Qeyd edək ki, Caspian Events Group şirkəti 5 il öncə tanınmış aktyor və təşkilatçı Tural Ələkbərov tərəfindən yaradılmışdır.

İnformasiya dəstəyi –İslahat.az, Siyasi.az, Ganjavi Media, Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar: