24 May 2023
15:28
223

Caspian Events Group Öz sahəsində uğur qazanan, fərqlənən, trendə çevrilən şəxslərə və şirkətlərə "Global Star Awards 2023" mükafatını təqdim etdi - FOTOLAR

Ötən gün Caspian Events Group öz sahəsində uğur qazanan, fərqlənən, trendə çevrilən şəxslərə və şirkətlərə "Global Star Awards 2023" mükafatını təqdim etdi.

İslahat.az xəbər verir ki, mükafatın verilməsində əsas məqsəd müxtəlif sahədən olan insanları bir araya toplamaq, nominantları geniş ictimaətə təqdim etmək və onlar arasında qarşılıqlı əlaqələri dahada möhkəmləndirmək idi.

Aparıcılığı Əməkdar Artist Elnur Kərimova həvalə olunan gecədə iş adamları ilə yanaşı bir çox məhşur simalarda yer aldı. Mükafatçılar sırasında Qurban İsmayılov, Eldar Mansurov, Elşən Gəncəvi, Mənsum İbrahimov, Cavanşir Quliyev, Aişad Məmmədov, Nahidə Orucova, Valeh Kərimov, Mina Hüseyn, Mirələm Mirələmov, Dərviş Bənd, Hacı Nuran, Kazım Can, Samir Priyev, Əkbər Əliyev, Günel Məhərrəmova, Xatun Əliyeva, Rübail Əzimov, Millət vəkili Aqil Abbas və başqa tanınmış simalar yer alıb.

Qeyd edək ki, layihənin beynəlxalq direktoru Tural Ələkbərov, ölkəmiz üzrə direktoru Şəfəq Həsənzadədir.

İslahat.az