27 Mart 2024
15:41
291

"International Pearls Awards 2024" mükafatı təqdim edilib - FOTOLAR

"International Pearls Awards 2024" mükafatı təqdim edilib.

Avand Production tərəfindən təşkil olunan "International Pearls Awards 2024" mükafatı sahiblərinə təqdim edilib.

İslahat.az saytına verilən məlumata görə, mükafatlandırma gecəsində, il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb.

Layihədə "International Pearls Awards 2024" mükafatına adına layiq görülənlər sırasında xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov , Mələykə Əsədova , əməkdar artist Elnur Əhmədov, Təyyar Bayramov, Babək Niftəliyev, Rüfət Axundov, Elnarə Xəlilova, Fatimə Fətəliyeva, Dilarə Əliyeva və başqa tanınmış şəxslər yer alıb.

Həmçinin gecədə

1. Aynur Bağırzadə - USM radioloq

2. Rövşən Abdullayev- İş adamı

3. ⁠Elşən Gəncəvi - İş adamı

4. Əsra quru təmizləmə və camaşırxana və Əsra tədris mərkəzi

5. Baqir Həsənzadə - gimnast

6. Səccad Həsənzadə - kids model

7. Nailə Verdiyeva - rus dili mütəxəssisi olaraq fəxri mükafatlara layiq görülmüşlər .

Mükafatlandırma gecəsinin aparıcı postu Azər Axşama həvalə olunub .

Lahiyə rəhbəri Natavan Mirzəliyeva, Layihənin direktoru Xəyal Əhmədov, Mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı, Dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqova.

İslahat.az