Akademik Zərifə xanım Əliyeva irsinə sadiq olaraq Azərbaycan Oftalmologiyası çox yüksək inkişaf dövrünü yaşayır.Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar Elm Xadimi, prof. Elmar Qasımovun oftalmologiya sahəsinin inkişafı və yüksəlişi üçün gördüyü işlər, gənc kadrların peşəkarlığına dəstəyi də buna nümunədir.
İslahat.az "Yeni Gundem”in məlumatına istinadən xəbər verir ki, bu sahənin optimallaşdırılması üçün çox şaxəli proqramlar həyata keçirilir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq və yerli konfranslar, toplantılar həyata keçirilir.
İllər ərzində Akademik Zərifə Əliyeva adına Milli Mərkəzinin bir neçə regional filialı açılmışdır. 2008-ci ildən Masallı filialı, 2016-cı ildən Gəncə filialı və 2019-cu ildən Şəki filialı fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunmuşdur. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Eyni zamanda, Mərkəzin regional bölmələrin mütəxəssisləri əhali arasında gözün ağır, xroniki göz patologiyası olan xəstələri aşkara çıxarmaq üçün vaxtaşırı muxtəlif tibb və təhsil müəssisələrində skrining oftalmoloji müayinələri aparırlar. Mərkəzin Gəncə filialında peşəkar oftalmoloq- cərrahlardan dr. Tağıyev Qafar dr. Elçin və dr. Cəlilova Sevinc fəaliyyət göstərirlər.
Filiallarda bütün göz xəstəliklərinin konservativ və cərrahi müalicəsi xaricdə təhsil almış, yüksək ixtiaslı tərəfindən həyata keçirilməkdədir. Eyni zamanda gözdaxili inyeksiyalar, göz dibi lazer koaqulyasıyası, ikincili kataraktalar zamanı YAG lazer dissiziyası kimi prosedurlar da icra olunmaqdadır.
İslahat.az