19 Mart 2024
14:03
219

Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub

18 mart 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar klinikası Dəmir yol vağzalında tibbi aksiya keçirildi.
İslahat.az "Yeni Gundem”in məlumatına istinadən xəbər verir ki, aksiya çərçivəsində isə 117 nəfər müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Məmmədova Lalə, dr. Əliyeva Sidiqə, rezident Mirzazadə Fidan tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada "Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçisi Züleyxa Yusifova iştirak edirdilər.
İslahat.az