29 Noyabr 2022
16:18
15564

Dövlət Komitəsində “Liderlik və Nüfuz” mövzusunda təlim keçirilib - FOTOLAR

Könüllülük proqramı çərçivəsində Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov tərəfindən "Liderlik və Nüfuz” mövzusunda təlim keçirilib.
 
İslahat.az xəbər verir ki, təlim zamanı gənclərin şəxsi inkişafında liderlik və nüfuz anlayışı, liderlik və nüfuzun hər bir şəxsiyyət üçün vacibliyi vurğulanıb. Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb.
 
Qeyd edək ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq, onların potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Dövlət Komitəsində könüllülük proqramı çərçivəsində görüşlər davam edəcək.
 
İslahat.az