1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Şəhid Hümbətov Ruslan Səlim oğlunun ailəsini ziyarət edib.
Deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Şəhid Hümbətov Ruslan Səlim oğlunun valideyinləri ilə görüşərək ev muzeyini ziyarət edib. Ev muzeyində Şəhidin yadigar qalan əşyalarına baxış keçirib. Ailəsinin Şəhid haqqında fikirlərini dinləyib. Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) müəllifi olduğu "Oxu-magiya” kitabını Şəhidin ev muzeyinə təqdim edib.
İqitisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.
Şəhid Hümbətov Ruslan Səlim oğlu 20 may
1987-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2006-cı ildə Gəncə şəhər 17 nömrəli
tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə
Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının "N” saylı hərbi hissəsində xidmət
etmişdir. 2010-cu ildə Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzi və Xüsusi Təyinatlı
Qüvvələrdə xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş
aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum
əməliyyatı başlaması barədə qərar verilmişdir. Ruslan Hümbətov xidmət
etdiyi hərbi hissənin giziri kimi Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Füzuli, Cəbrayıl və Qubadlı
rayonlarında gedən döyüşlərdə yer almışdır. 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhid
olmuşdur. 7 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər
xiyabanında torpağa tapşırılmışdır.
Hümbətov Ruslan Səlim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” (ölümündən
sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci
il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra),
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il
tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı
ilə "İgidliyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad
olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
İslahat.az