01 Sentyabr 2026
19:16
13

Elşən Pirrəfti "Global Networking Group"un tədbirində iştirak edib

Elşən Pirrəfti "Global Networking Group"un tədbirində iştirak edib.

İş adamı, Pirrəfti Furniture şirkətinin rəhbəri Elşən Pirrəfti "Global Networking Group"un imzası altında keçirilən tədbirdə iştirak edib.

Tədbir çərçivəsində sahibkarlar, iş adamları və müxtəlif sahələrin peşəkarları bir araya gələrək biznes əlaqələrinin qurulması, yeni əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıblar. Elşən Pirrəfti də rəhbərlik etdiyi şirkətin fəaliyyəti və biznes təcrübəsi ilə tədbirdə təmsil olunub.

Global Networking Group-un direktoru Şamxal Həsənov bildirib ki, uğurlu biznes əlaqələrinin formalaşmasında sahibkarların bir araya gəlməsi və bir-birinin təcrübəsindən faydalanması mühüm rol oynayır.

O vurğulayıb ki, bu cür görüşlər həm yeni tərəfdaşlıqların yaranmasına, həm də biznes dünyasında qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə imkan verir.

Tədbir işgüzar müzakirələr və yeni əlaqələrin qurulması ilə yadda qalıb.