17 Avqust 2026
19:14
19

Flax Project “International Pearls Awards 2026” mükafatına layiq görülüb

Tədbirin Baş Sponsoru olan Flax Project "International Pearls Awards 2026” mükafatına layiq görülüb


Bu barədə məlumatı layihənin direktoru İlmirzə Ağabəyov verib.

Ötən gün ölkəmizdə baş tutan möhtəşəm "International Pearls Awards 2026” gecəsində Azərbaycanla yanaşı, bir çox ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər.

Mükafatçılar sırasında tanınmış şirkət "Beynəlxalq Layihələndirmə Şirkəti - Flax Project" də yer alıb.

Qeyd edək ki, Flax Project tədbirimizin Baş Sponsoru olaraq layihəyə xüsusi dəstək göstərib.

Flax Project layihələndirmə sahəsində fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət memarlıq layihələrinin hazırlanması, şəhərsalma, bərpa işləri, eksteryer və interyer dizaynı, eləcə də təmir-tikinti sahələrində yüksək keyfiyyətli xidmətlər təqdim edir.

Hər bir layihədə innovativ yanaşma, peşəkarlıq və müasir memarlıq prinsipləri əsas götürülür.

"International Pearls Awards 2026” gecəsində göstərdiyi dəstəyə görə Flax Project-ə və şirkətin rəhbəri Gülər Əmirahovaya təşəkkür edirik.