06 Aprel 2024
00:59
838

"Ganjavi Holding"in təsisindən 3 il ötür

04 aprel 2021-ci il tarxi "Ganjavi Holding"in təsis günüdür. Holdinq Elşən Gəncəvi tərəfindən təsis olunub. Holdinqin təsisindən sonra Elşən Gəncəvi idarə heyətinin qərarı ilə holdinqin prezidenti təyin olunub.

İslahat.az xəbər verir ki, müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən "Ganjavi Holding” fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, eləcə də, hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Holdinq eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirmək üzrədir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

"Ganjavi Holding”in tərkibində "Najafsoy Group" şirkəti,"Ganjavi  Media", "Siyasi.az" informasiya portalı, "ELSHAN GANJAVI” şirkəti,  "PUBLIC” və "GƏNCƏVİ” jurnalları fəaliyyət göstərir.

Elşən Gəncəvi  "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Oxu-magiya” kitabının müəllifi, "Ganjavi Media”nın və "Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahat Partiyasının redaksiya komissiyasının üzvü, "XÜSUSİ TƏYİNATILILARIN QAZİLƏRİ, ŞƏHİD AİLƏLƏRİ VƏ VETERANLARI" İctimai Birliyinin maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Public” və "Gəncəvi” jurnallarının təsisçisi və baş redaktoru, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyinin İctimai və Sosial Şuranın rəhbəridir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Bundan əlavə "Ganjavi Holding" şirkəti "Pi Education”, "King Construction", "Tender Time”  şirkətləri ilə, və "İslahat.az”, "İctimai.az”, "NezerMedia.az", "Strateji.az", "Dogru.az”, "Sfera.az”, "Hit.az”, "Qaynarinfo.az”, "Analoq.az”, "Cari.az”, "İcra.az”, "Yenipress.az”, "7times.az”, "Valyuta.az”, "Ann.az”, "Busaat.az”, "Yenigundem.az”, "Qanunla.az”, "Analoq.az”, "İnnews.media”, "Operativ24.az”, "Buta.ws”, "Gundem.az”  informasiya portalları ilə əməkdaşlıq edir.

"Ganjavi Holding"in prezidenti Elşən Gəncəvi təsis dönəmində qeyd etmişdi ki, təsis etdiyi holdinqə "Gəncəvi” adının verilməsin də Nizami Gəncəvinin irsi dayanır.

Qeyd edək ki, "Gənjavi Holding”  təsis olunan zaman, yəni 2021-ci ildə, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərsəncamı ilə "Nizami Gəncəvi ili” elan  edilmişdi.

Elşən Gəncəvi Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb. Tükiyənin İstanbul şəhərində "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI” və "Turkey Exclusive Awards 2022" layihəsində "AZERBAYCANIN BAŞARILI İŞ ADAMI" beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

İslahat.az