12 May 2023
15:35
381

Gənc müğənnidən yeni klip - ADRES (VİDEO)

Gənc müğənni Rövşanə Kərimduxt "Adres" adlı yeni klipini təqdim edib.

İslahat.az xəbər verir ki, musiqisi Hacı Nazimə, sözləri Cavid Əhmədova məxsus "Adres" mahnısı gənc müğənni Rövşanə Kərimduxtun ifasında "YouTube" sosial platformasında yayımlanıb. "Adres" klipinin rejissoru isə Sərxan Aydınoğludur.

Qeyd edək ki, gənc müğənni Rövşanə Kərimduxt Asəf Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyasının məzunudur. İctimai Televiziyada yayımlanan "Səs Azərbaycan" layihəsinin iştirakçısı olub.

VİDEO LİNK: https://www.youtube.com/watch?v=AYu3YVro1Qk

İslahat.az