Gəncədə “Sirlər Xəzinəsi Milli Mükafatı 2026” keçiriləcək
Gəncə şəhərində "Sirlər Xəzinəsi Milli Mükafatı 2026” adlı layihənin keçirilməsi planlaşdırılır.
Müxtəlif sahələrdə fərqlənən şəxslərin əməyinin dəyərləndirilməsi məqsədi daşıyan mükafat proqramı ölkə üzrə ictimai diqqət çəkməyə başlayıb.
Layihə sahibkar və təşəbbüskar Şamxal Həsənovun rəhbərliyi ilə həyata keçiriləcək. O, biznes və şəbəkələşmə sahəsində aktiv fəaliyyəti ilə tanınır və "Global Networking Group” platformasının təsisçisidir.
Məlumata görə, mükafat çərçivəsində müxtəlif istiqamətlər üzrə uğur qazanan şəxslərin seçilərək təltif olunması nəzərdə tutulur. Layihə həmçinin peşəkarların bir araya gəlməsi, yeni əməkdaşlıqların qurulması və ictimai nüfuzun artırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Qeyd edək ki, Şamxal Həsənov daha əvvəl "Global Networking Day 2025” və "Premium Networking Day 2026” kimi tədbirlərə də rəhbərlik edib. Bu layihələr müxtəlif sahələrdən olan mütəxəssisləri və sahibkarları bir araya gətirərək biznes əlaqələrinin genişlənməsinə töhfə verib.
Layihənin əsas məqsədi cəmiyyət üçün faydalı fəaliyyət göstərən şəxsləri ön plana çıxarmaq, onların uğurlarını ictimaiyyətə təqdim etmək və yeni inkişaf imkanları yaratmaqdır.