30 Noyabr 2021
11:54
21836

Hava Hücumundan Müdafiə bölmələrimiz döyüş atışları həyata keçirdi - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

İslahat.az