03 Fevral 2022
11:45
21956

Həkimlərin maaşları arasında 10 minə yaxın fərq nədən yaranır? - AÇIQLAMA

"Eyni ixtisas arasında əməkhaqqı çox böyük rəqəmlərlə dəyişə bilir. Təxminən 7 min 10 min civarında fərqlər mümkündür”.

İslahat.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, 500-600 manat alan,12 min manat əməkhaqqı alan həkimlərimiz də var:

"İcbari Tibbi Sığorta tərtib edildiyindən bu sistemdə əməkhaqqılarının ödənilməsi qaydası 3 hissədən ibarətdir. Birinci hissə vahid tarif cədvəli üzrə olan maaş, ikinci hissə icbari tibbi sığortanın stabil əlavələri və göstərdikləri xidmətə görə əldə edilən bonuslar. Bəzi həkimlərimiz var ki, onlar stabil əlavələr alırlar. Bonuslar birbaşa həkimlərin fəaliyyəti ilə bağlıdır”.

K.Ələkbərov həkimlərin maaşları arasındakı fərqin yaranma səbəblərinə də toxunub:

"Həkimlərin aylıq göstərdiyi xidmətlər də, aylıq əməliyyatların sayları da müxtəlif olur. Cərrah var ay ərzində 60 əməliyyat edir, cərrah var ayda 30 əməliyyat edir, cərrah da var ayda cəmi bir əməliyyat icra edir. Eyni zamanda xidmət sahəsində baxdıqları xəstələrin sayı 5-10 nəfərdən, 500-ə qədər dəyişə bilir. Bu da xəstələrin daha çox hansı həkimə müraciət etməsindən asılıdır”.

İslahat.az