11 Noyabr 2022
12:05
18843

İlham Əliyev Səmərqənddə TDT-nin IX Zirvə Görüşündə iştirak edib

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.

İslahat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayıb və çıxış edib.

Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər.

Daha sonra bir sıra sənədlər, o cümlədən yekun Bəyannamə imzalanıb.

İslahat.az