01 Sentyabr 2026
19:25
10

İlhamə Bayramova Global Networking Group-un tədbirində iştirak edib

İlhamə Bayramova Global Networking Group-un tədbirində iştirak edib.

Stilist-vizajist İlhamə Bayramova Global Networking Group-un imzası altında keçirilən tədbirdə iştirak edib.

Müxtəlif sahələrdən olan peşəkarların bir araya gəldiyi görüşdə şəxsi brendin inkişafı, peşəkar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Gözəllik və stil sahəsində fəaliyyət göstərən İlhamə Bayramova da tədbirin iştirakçıları arasında yer alıb.

Global Networking Group-un direktoru Şamxal Həsənov qeyd edib ki, yaradıcı sahələrdə çalışan mütəxəssislərin bu kimi platformalarda iştirakı onların fəaliyyətlərini daha geniş auditoriyaya təqdim etməsinə və yeni işgüzar əlaqələr yaratmasına imkan verir.

Görüş qarşılıqlı tanışlıqlar, maraqlı söhbətlər və yeni əməkdaşlıq perspektivləri ilə davam edib.