07 İyun 2026
10:13
13

“Kəpəz” Futbol Akademiyasında seleksiya başladı: İlk gündə 200-ə yaxın uşaq iştirak etdi

"Kəpəz” PFK Futbol Akademiyası 2026–2027-ci illər mövsümü üçün yeni futbolçu seçimlərinə start verib.
İslahat.az xəbər verir ki, akademiyanın təşkil etdiyi seleksiya məşqlərində 6-14 yaş arası (2012-2020-ci il təvəllüdlü) uşaqlar iştirak edirlər. Klubun Məşq Mərkəzində keçirilən seçimlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə klubun icraçı direktoru Ruslan Məmmədov, Akademiyanın koordinatoru Vasif Vəliyev, eləcə də bütün yaş qrupları üzrə məşqçilər iştirak ediblər.
Akademiya rəhbərliyinin məlumatına görə, seçimlərin ilk günündə 200-ə yaxın uşaq öz bacarıqlarını nümayiş etdirib. İki gün davam edən seleksiya məşqləri iyunun 7-də yekunlaşacaq.
Seçimlərdə iştirak edən uşaqlar məşqçilər tərəfindən qiymətləndiriləcək və uğur qazanan namizədlər yaş qruplarına uyğun olaraq akademiyanın komandalarına cəlb olunacaqlar.
Qeyd edək ki, seleksiya məşqlərinə oğlanlarla yanaşı, 2015-2017-ci il təvəllüdlü qızlar da qatılırlar. Ətraflı məlumat almaq istəyənlər 051 872 13 15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.