01 Mart 2023
13:39
21112

Mərdəkanda "CaspianVet" veterinar klinikası fəaliyyətə başladı (VİDEO/FOTOLAR)

Fevralın 25-də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 1C-də "CaspianVet" veterinar klinikası açılıb.

İslahat.az xəbər verir ki, klinika ən yeni texnologiyalarla təchiz olunmuş avadanlıqlarla təmin olunub.

Artıq heyvansevərlər saxladığı ev heyvanlarını "CaspianVet"ə əmanət edə bilərlər. Klinikanın həkimləri Tolqa Küçük, Xəqani Binyətov və Alina Baumvolf heyvanlarınızın qayğısına qalıb, müayinə, müalicə və ehtiyac olduğu təqdirdə əməliyyat edərək daha sağlam şəkildə sahiblərinə qovuşduracaq.

Qeyd edək ki, "CaspianVet" veterinar klinikasında aşağıdakı xidmətlər mövcuddur:

Müayinə;
Hemoqram;
Biokimya;
Idrar analizi;
USM;
Sistem;
Mikro çip;
Rentgen;
Oksigen inqubatoru;
Kavitron; (diş təmizliyi)
Dırnaq kəsimi;
Dişi pişik qısırlaşdırma;
Erkək pişik qısırlandırma;
Dişi it qısırlaşdırma;
Erkək it qısırlaşdırma;
və digər cərrahi əməliyyatlar

Əlaqə: 
+994124549458
+994502996695
+994502996694

//