Təhsil almaq, onu qazanmaq insanın ən böyük sərvətidir. Hansıki, bu sərvəti heç kim sənin əlindən ala bilməz. Uğurlu həyat, uğurlu təhsildən asılıdır. Bizim təhsilli olmağımız və vətənimiz üçün yararlı olmağımız vacibdir.
Təhsilli olmaq dedik də, yalnız diplom və ya attestat almağımız deyil. Təhsilli olmaq cəmiyyətə verdiyimiz tövhələrdir. Yəni, maarifçi olmaq. Uğuru qazanmaq, qazandığımız bilgiləri tətbiq etməklə başlar. Təhsil həm də, cəmiyyətə alternativlər və müxtəlifliklər gətirməkdir.
Formal, Qeyri-formal və İnformal
Cəmiyyət təhsilin formal, qeyri-formal və informal növlərində fərdləşir. Formal təhsilimiz dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsildir. Ali məktəblərdə keçirilən mühazirələr və məktəb dərslərində əldə edilən biliklərdir. Seminarlar, təlimlər, teatr, film, qurup işlərində iştirakçılıq və nəzəri biliklərin praktiki təhlili ilə məşğul olaraq daha effektiv təhsil yiyələnə bilərik. Vətəndaş cəmiyyətinin fəaliyyətlərində qeyri-formal təhsil növündən geniş istifadə olunur. İnformal təhsil isə oxuduqlarımız, gödüklərimiz, eşitdiklərimiz, danışdıqlarımız, yaşadıqlarımız və hiss etdiklərimizlə qazanılır.
Təhsilin təqdim olunan növləri ilə fərdi inkişafa sahib olaraq, cəmiyyətin formalaşmasında böyük nümunələr yaratmalıyıq. Bir fərdin nümunəsi bir cəmiyyətin uğur ampulasını formalaşdırır.
GƏLƏCƏK
Keçmişimiz güclü olsada, bu günümüz keçmişin deyil. Bu günümüz gələcəyimizdir. Daha sağlam fikirli nəsilin yetişməsində məsuliyyətli olmaq, məsuliyyətimizi hiss edərək peşəkar nümunələr yaratmalıyıq. Etdiklərimiz və edəcəklərimiz gələcəyimiz üçün böyük ümidlər yaradacaq. İnsanlar xoşbəxtliyi öz yaratdıqları uğur hekayələrində tapacaqlar. Hansıki, gənclər vətənimizə, cəmiyyətimizə və dövlətimizə tövhələr verərək, təhsilli bir dünyanın quruculuğunda birbaşa iştirakçı olacaqlar. Parlaq gələcək, bu gün reallaşan layihələrin qiymətləndirilməsi və davamlılığından asılıdır. Güclü dövlətimizi təhsilli gənclərimiz yaşadacaq.
SON:
Təhsilli gənclərin təqdim etdiyi ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhvələr verəcək. Bizim qazandığımız təhsil, bizim gəncliyin gələcək nəsilə ən böyük tövhəsidir. Gələcək üçün Təhsilli Gənclər!
Rövşən
Nəcəfov
"İnsan
Mühəndisliyi” proqramının rəhbəri
İslahat.az