"Nəzər Media.az” informasiya portalının 11 yaşı tamam olur.
"Nəzər Media.az” informasiya portalı 2013-cü ilin aprel ayının 6-da fəaliyyətə başlayıb. Portal Azərbaycanın gənc jurnalistlərindən olan Nəzərbəy Hacıağayev tərəfindən təsis edilib.
Təsisçi və baş redaktor Nəzərbəy Hacıağayev özünün "Facebook” hesabında bunları yazıb:
"Bu gün Nəzər Media.az-ın təsisinin 11-ci ilidir. Çox çətin enişli və yoxuşlu illər oldu. Ancaq heç bir zaman əzmimi qırıb, iradəmi şikəst edə bilmədilər. Hər şey Nəzər Media.az saytının təsisi ilə başladı. Müstəqil fəaliyyətə qərar verdiyim dönəmdən Nəzər Media.az mənim üçün dirənişin və müstəqil fəaliyyətin simvolu oldu. Nəzər Media.az mənim üçün yazılan ssenaridə sənə verilən rolla razılaşmamaq oldu. Nəzər Media.az mənim üçün özün öz hekayəni yazıb bu hekayəyinin qəhramanı özün ola bilərsən deyiminin əsasını qoydu. Nəzər Media.az mənim üçün öz maraqların çərçivəsində öz dostlarını və düşmənlərini təyin etmənin göstəricisi oldu. Bu gün Nəzər Media.az ilə başlayan fəaliyyətimiz Nəzər Media.az-ın fəaliyyətini davam etdirməklə yanaşı "NazarM Group” və "Media Vista” şirkətləri ilə , Medianın İnkişaf Agenteliyinin Media Reister xidmətinən rəsmən keçmiş Strateji.az Informasiya portalı ilə Strateji Təhsil Araşdırmaları və Tətqiqatları Mərkəzi və Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan FONO Açıköğretim Kurumu – Azerbaycan Temsilciliği kiçik də olsa səhmdarlarığımım (2027-ə qədər) ilə davam edir. Bu fəaliyyətləri boğmaq, yox etmək istəyən şəxslərlə isə heç vaxt ağız-ağıza verib mübahisələr etmədim.Hər il qürurla növbəti təsis ilini qeyd etmək və yeni qrumları təsis etməklə cavabımı verdim. Bu illər ərzində fəaliyyətimə dəstək verən hər kəsə ürəkdən minnətdaram. Sizlərin bir çoxu olmsaydı mən buna nail ola bilməzdim .Siz mənim müstəqil fəaliyyətimin qarantı olduz. Bir daha deyirəm mən sizlərin köməyi ilə sizlərlə birlikdə güclüyəm”.
İslahat.az