"Bu ilin sonunadək taekvondo üzrə ölkə çempionatını bərpa etmək istəyirik. Bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etmiqşik”.1
İslahat.az xəbər verir ki, bunu Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
Bildiyiniz kimi, hazırda pandemiya ilə əlaqədar olaraq qapalı zalda idman yarışlarının keçirilməsi mümkün deyil. Bu səbəbdən də taekvondo üzrə daxili yarışlar keçirilə bilmir. Bəs bu yöndə nə yenilik var? Suala dünya çempionu və ikiqat Avropa çempionu Niyaməddin Paşayev belə cavab verdi:
Bildiyimizə görə, noyabrın 1-dək bu məsələ barədə bizə məlumat veriləcək. Əgər yarışın keçirilməsinə icazə verilsə, həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında ölkə çempionatını keçirəcəyik.
Millimizin üzvlərindən Patimat Abakarova artıq Bakıda məşqlər edir. Amma Radik İsayev və Milad Beiqi ölkə çempionatı keçiriləcəyi halda Azərbaycana gələcəklər”.
İslahat.az