Azərbaycan Ordusu istənilən döyüş şəraitində adekvat cavablar
verməyə hazır olan peşəkar hərbçilərdən ibarətdir. Sentyabrın 12-də gecə
saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan
dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədikləri
genişmiqyaslı təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısının
alınması və düşmənə sarsıdıcı zərbələrin vurulması Azərbaycan Ordusunun hər an
cavab verməyə hazır olduğunun göstəricisidir.
İslahat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Xüsusi Təyinatlıların
Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz
Məmmədzadə Ermənistan silahlı qüvvələrinin törətdiyi son genişmiqyaslı təxribatlardan
bəhs edərkən deyib.
Ölkə başçımızın müvafiq sərəncamları ilə "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə” və digər medallarla təltif olunan Bəhruz Məmmədzadə qeyd
edib ki, Azərbaycan Ordusu 44 günlük tarixi Qələbəni bundan sonra baş verəcək düşmən
hücumlarında da təkrar edəcək və yenidən tarix yazacaq. Necə ki, tarixin
yazıldığını və düşmənin revanşist hücumlarının qarşısı alındığını görürük.
O bildirib ki, Ermənistanın Qarabağa hərbçilər və
silah göndərərək yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Ermənistan
Azərbaycanla sərhədlərdə yeni hərbi obyektlər yaradaraq hücum planlayırdı. Digər
tərəfdən Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm
formalaşdırılırdı. Bütün bunların Azərbaycan Ordusu tərəfindən qarşısı alındı.
"Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir ki, həm siyasi, həm də hərbi
revanşa hazırlaşırdı. Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin
iradəsi və qətiyyəti ilə ordumuz istənilən döyüş şəraitində düşməni məhv etməyə
hazırdır. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata
keçirdiyi təxribatların nəticəsində hansı ağır nəticələrin olacağı bir daha
aydın göründü.
"Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə
qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib
çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən
unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu
planları alt-üst etdi. 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən
önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu
gün isə əsgərimiz Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan
rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir”, – deyə
Bəhruz Məmmədzadə əlavə edib.
İslahat.az