24 Mart 2019
15:53
2034

Rövşən Nəcəfov "Professional Awards" 2019 Mükafatına layiq görülüb

18 mart 2019-cu il tarixində "1033 Baku" Event Hall-da "Top Model Azerbaijan 2019” layihəsi reallaşıb. Tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, həmçinin, xarici brendlər "Top Model Azerbaijan” layihəsinin modelləri və eyni zamanda ölkənin tanınmış əsas modelləri podyumda nümayişlər təqdim etdilər.

İslahat.az xəbər verir ki, tədbir zamanı "Top Model Azerbaijan 2019” layihəsi çərçivəsində müxtəlif sahələrin peşəkarları və mütəxəssisləri üçün "Professional Awards” Mükafatı təqdim edildi.

Rövşən Nəcəfov "Top Model Azerbaijan 2019" layihəsi çərçivəsində "Professional Awards" 2019 Mükafatına "Public Figure” olaraq layiq görülüb.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

İslahat.az