14 Dekabr 2022
13:19
18774

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.

İslahat.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından Sfera.az-a verilən məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.

İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.

İslahat.az