01 Sentyabr 2026
19:41
17

Şahnaz Mehdiyeva Global Networking Group-un tədbirində iştirak edib

Şahnaz Mehdiyeva Global Networking Group-un tədbirində iştirak edib.

Uşaq psixologiyası üzrə mütəxəssis Şahnaz Mehdiyeva Global Networking Group-un imzası altında keçirilən tədbirdə iştirak edib.

Tədbirdə müxtəlif peşə sahələrini təmsil edən mütəxəssislər və işgüzar şəxslər bir araya gəlib. Görüş zamanı peşəkar təcrübələrin paylaşılması, yeni tanışlıqların qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli mühit yaradılıb.

Şahnaz Mehdiyeva uşaq psixologiyası sahəsindəki fəaliyyəti ilə tədbirdə iştirak edərək öz peşəkar istiqamətini təqdim edib.

Global Networking Group-un direktoru Şamxal Həsənov bildirib ki, xüsusilə uşaqların inkişafı və psixoloji rifahı istiqamətində çalışan mütəxəssislərin belə platformalarda təmsil olunması cəmiyyət üçün faydalı əlaqələrin formalaşmasına xidmət edir.

Tədbir yeni tanışlıqlar və gələcək əməkdaşlıq perspektivləri ilə yadda qalıb.