06 Oktyabr 2023
16:35
122

"Selected People Awards" mükafatının təqdimatı bu tarixdə olacaq

"Vision Media Group”un təşkilatçılığı ilə hər il keçirilən "Selected People Awards" mükafatının təqdimat mərasiminin vaxtı və yeri məlum olub.

İslahat.az Azerforum-a istinadən xəbər verir ki, təşkilat komitəsindən saytımıza verilən məlumata görə mükafatlar il ərzində öz işləri ilə fərqlənən Milli Məclisin deputatlarına, biznesqrumlarına, iş adamlarına, televizyalara, KİV nümayəndələrinə, aparıcılara, aktyorlara, aktrisalara, modelyerlərə, incəsənət nümayəndələrinə və s təqdim olunacaq.

Təşkilatçılar qeyd etdilər ki, mükafatın təqdimetmə mərasimi 26 Noyabr saat 18:00-da Holiday Inn Hoteldə baş tutacaq. Təşkilat komitəsindən onuda bildirdilər ki, tədbirə giriş yalnız dəvətnamə ilə mümkün olacaq.

İslahat.az