04 Dekabr 2020
19:48
6967

Tarixi yaddaşımdan gələcək üçün qeydlər – Elşən Gəncəvi


Gələcək üçün faydalı olmaq, nümunələr yaratmaq və sağlam fikirlər inşa etməliyik. Tarix bizim səsimizi gələcək üçün yaddaşlara həkk edəcək.

2015 – TƏHSİL SEÇİM EDİR!

Mən, Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam!

Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam!

Biz bilirik ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti insanlara təqdim etmək lazımdır.

2020 – SƏSİMİZ TARİXDİR!

Mən, Cəbrayıl rayonunun Süleymanlı kəndindən ailəmlə birlikdə məcburi köçkün olmuşam. Ancaq, bu məni heç vaxt durdurmayıb. Hər zaman inanmışam ki, qələbənin bir yolu var – güclü olmaq, inanmaq, daim öz üzərində çalışmaq!

Məcburi köçkün olmağım mənə ali təhsil almağa, təhsilimi xaricdə davam etdirməyə, öz işimi qurmağa, uğurlu olmağa daim güc verib.

"Şəraiti olanlardan daha çox çalışmalıyam!” – Həyat şüarım, güc mənbəyim olub.

Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqıtarixdir. Tariximizi öyrənib, gələcəyimizi qorumalıyıq. Biz, Azərbaycanımızın inkişafında iştirakçı olmalıyıq. Tarix yazmaq üçün inkişaf etməliyik. İnsanlarımızı birlikdə inkişaf yolunda sərnişin olmağa və tarix yazmağa dəvət etməliyik.

Anım Günündən Zəfər Gününə qədər qızıl hərflərlə yazılmış müqəddəs tarix üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə tarixi məktubum:

https://president.az/articles/48187

02 dekabr 2020

Elşən Gəncəvidən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan xalqına yaşatdığınız tarixi Qələbə üçün Sizə minnətdaram. Sizin müdrik addımlarınızla dünya tarixinə Azərbaycanın şanlı zəfəri qızıl hərflərlə yazıldı. Sizinlə fəxr edirik! Cəbrayıl rayonunun və dünyaya gəldiyim Süleymanlı kəndinin işğaldan azad olunmasını Sizin səsinizlə eşitmək mənim üçün tarixi an oldu. Sizin tarixi səsiniz yaddaşıma xüsusi həkk olundu. "Qarabağ Azərbaycandır!” ifadəsi müqəddəs müharibəmizdə bizim səsimizi tarix etdi. Bütün cəbrayıllıların tarixi səsi Sizinlədir! Səsimiz tarixdir! Sizin şərəfli və tarixi missiyanızda, dövlətimizin inkişafı yolunda hər zaman Sizin xidmətinizdəyəm! Sizinlə birlikdə addımlamaq bizə şərəf, mənə isə mənəvi borcdur! Cəbrayıl Azərbaycandır! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu)

AMV Şirkətlər Qrupunun (AMV GROUP) direktoru

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Süleymanlı kəndi.

"Gəncəvi” təxəllüsü

Hər bir insanın formalaşmasının əsasında bir və ya bir neçə tarixi şəxsiyyət nümunəsi olur. Mənim isə özümə bildiyim nümunə dahi şair, müdrik filosof Nizami Gəncəvidir. Gəncəvi ləqəbini Nizami Gəncəvini və onun öz əsərlərində insanlara çatdırmaq istədiyi fikirləri həyatda və dünyada yaşatmaq üçün götürmüşəm. 2003-cü ildə universitetə daxil olduqdan sonra istədim ki, məni tanıyan insanlar Gəncəvi olaraq tanısınlar. Nə qədərinə nail olduğumu isə gələcək göstərəcək. Azərbaycan cəmiyyətində mən məhz internet vasitəsi ilə Gəncəvi kimi tanındım, dünyada da nail oldum. Xaricdə təhsil aldığım zaman və ya konfranslarda iştirak etdiyim zaman bir çoxları məndən bu sualı soruşur, Gəncəvi təxəllüsünü araşdırırdı. Bir növ ictimai əlaqələrə işləyən mexanizmdir. Xarici vətəndaşlara Nizami Gəncəvi və onun irsi haqqında məlumat vermək bir qürur hissidir. "Gəncəvi 870” məqaləni hazırlayanda isə, Gəncəvi təxəllüsünə sahibləndiyimi anladım. Bu günümüzdə Gəncəvi təxəllüsü ilə bir çox mövzularda məqalə yazmağım mənim şəxsi tanıtımımda böyük bir rol oynayır.

Sonda:

İstənilən prosesin iştirakçısı olmaq səni var edir. "Var olmaq” anlayışı bizim addımlarımızı daha məsuliyyətli edir. Gələcək üçün təşəbbüslərimizi gizlətməməliyik. İnsanlar bizim kim olduğumuzu bilməlidir. Nümunə yaratmaq və faydalı olmaq yaşadığımız həyatın missiyasıdır.

Var olmağımız tarixdir. Gələcək üçün, Azərbaycanımız üçün var olaq!

İslahat.az