23 Avqust 2021
11:54
24071

“Top Divizion”da Azərbaycanı kim təmsil edəcək? - FOTO

Davam edən şahmat üzrə İkinci Onlayn Şahmat Olimpiadasının "Top Divizion”da iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub.

İslahat.az xəbər verir ki, sentyabrın 8-də mübarizəyə qoşulacaq yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayevadan ibarət olacaq.

Bundan əlavə millimiz Olimpiadaya altı ehtiyat oyunçu da sifariş edib.

Bunlar Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevadır. 

Komandamızın kapitanı isə Rəhim Qasımov olacaq.