22 Noyabr 2026
19:44
17

Vüqar İskəndərov: “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürüb”

"1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi müasir Azərbaycan tarində çox mühüm bir hadisə oldu. Bu hadisə xalqımızın gələcəyə olan inamında sanki bir işartı oldu. Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Bu konfransda Azərbaycanın gələcək inkişafının birbaşa bağlı olduğu Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Əlbəttə ki siyasət dühası olan və vətənini canından artıq sevən Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Partiyanı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ulu Öndərin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gun biz əminlikdə deyə bilərik ki, Azərbaycanın inkişafı birbaşa YAP-la bağlıdır. Çünki Ulu Öndərin yürütdüyü siyasəti uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Biz bunu son seçkilərdə də gördük. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində partiyadan 5855 nəfər bələdiyyə üzvü seçilmişdir. Bununla belə Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir”.