13 Dekabr 2022
16:43
18694

Xankəndi yolunda etiraz: Sülhməramlıların üzərindəki iriçaplı silahlar

Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi ərazidə Rusiya sülhməramlıları çadır qurmağa başlayıblar.

İslahat.az xəbər verir ki, bundan başqa, onlar Xankəndiyə gedən yolu iki ədəd yük avtomobili, bir ədəd kranla tamamilə bağlayıblar.

Eyni zamanda, etirazçıların qarşısında olan sülhməramlıların üzərindəki iriçaplı silahlar, xüsusilə RPQ-7 və pulemyot diqqəti çəkib.

Onu da qeyd edək ki, Şuşa şəhərinin digər istiqamətindəki müşahidələr onu göstərir ki, Xankəndi yolunda heç bir tıxac yoxdur.

İslahat.az