25 Sentyabr 2022
15:01
22000

XTQ qazisi Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

İslahat.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir. Mətbuat Şurası İdarə Heyətinin tərkibi jurnalistlər və ictimaiyyət nümayəndələri arasından seçilib.

Səsvermə nəticələrinə əsasən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib.

Mətbuat Şurası İdarə Heyətinə ictimaiyyət nümayəndələri arasından Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə də üzv olaraq seçilib.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Şuşa döyüşündə yaralanıb. Döyüşlərdə fərqləndiyinə görə 16 medalla təltif olunub. Bunların sırasına yubiley və xüsusi xidmət medalları da daxildir.

İslahat.az