07 Avqust 2023
13:08
544

Xüsusi Təyinantlıların ictimai birliyi yeni layihənin icrasına başlayıb – FOTOLAR

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2023-cü il tarixindən "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsinin icrasına başlayıb.

İslahat.az xəbər verir ki, Vətən müharibəsindən sonra Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan haqqında tarixi və mədəni fəaliyyətləri yerli və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Layihə çərçivəsində nəzərdə tutulmuş "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” filmi cənab Prezidentin tarixi və mədəni çağırışına vətəndaş məsuliyyətini ifadə etməkdir. Sənədli filmin dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatı reallaşacaq.

Nəzərdə tutulan sənədli filmdə Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının iştirakı ilə film hazırlanacaq. Filmdə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin simaları, Millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, hazırda filmin çəkilişləri başlayıb.

İslahat.az