"Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi tərəfindən yeni üzvlərə və fəxri üzvlərə vəsiqələr təqdim olunub.
İslahat.az xəbər verir ki, 18 mart 2023-cü il tarixində "Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi tərəfindən Novruz bayramı ərəfəsində veteran xüsusi təyinatlılara xüsusi vəsiqələr və fəxri üzvlərə "fəxri üzv” vəsiqələri təqdim olunmuşdur. "Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin üzvləri robot əllərlə keçirilən tenis yarışmasında yüksək nailiyyətə görə Elvin Rəsulov, stend atıcılıq müsabiqəsində fərqləndiklərinə görə Araz Məlikov, Famil Fərəcov, Yusif Cabbarov fəxri fərmanlarla təltif olunublar.
"Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə tədbirdə çıxış edərək müqəddəs missiyalarının davam etdiyini vurğulayıb: "Xüsusi təyinatlılar xidmətdə və döyüşdə necə ki, vətəninə və Ali Baş Komandanına öz sədaqətini nümayiş etdirdi, bu gün də öz müqəddəs missiyasını davam etdirir.”
Həmçinin tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Razi Nurullayev, "Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin psixoloqu Rövşən Nəcəfov çıxış ediblər.
Qeyd edək ki, "Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi yarandığı gündən qazilərin, şəhid ailələrinin və veteranların ictimai və sosial fəaliyyətinin inkişafına dəstək olan qeyri-hökumət təşkilatıdır.
İslahat.az