04 Aprel 2023
22:15
552

10010 sayda test tapşırığının toplandığı  kitab təqdim olundu

10010 sayda test tapşırığının toplandığı  kitab təqdim2 olundu.

İslahat.az xəbər verir ki, test toplusu məhz texnologiya müəllimləri, eyni zamanda  Müəllimlərin işə qəbuluna (MİQ) və Sertifikasiya imtahanına hazırlaşan namizədlərin istəkləri əsasında hazırlanmışdır.

10010 sayda test tapşırığının toplandığı  kitab Texnologiya fənni ilə bağlı biliklərinizin daha da möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdır. Bu test tapşırıqlarının köməyi ilə mübahisə yaradacaq bir çox mövzularda yaranmış narahatlıqlar öz dolğun həllini tapmış olacaq. Digər test toplularından fərqli olaraq bu vəsaitin üstünlüyü  mövzular üzrə verilmiş test tapşırıqlarının daha konkret və düşündürücü olmasıdır.

Texnologiya ixtisasına yiyələnmiş müəllim, tələbə və digər namizədlər üçün faydalı olacaq bu test toplusunda çətinlik çəkdiyiniz bir çox mövzulara aydınlıq gətirilmiş olacaq."Texnologiya” test toplusunda yeni qəbul qaydaları tamamilə nəzərə alınmış və Kurikulum metodu əsasında yazılmışdır.Test toplusu Təhsil Nazirliyinin qəbul proqramına tam uyğun olaraq mövzu ardıcıllığı ilə hazırlanmışdır.

Qeyd edək ki, 10010 test toplsunun müəlifi Diana Həsənova bir çox yerli və beynəlxlq mükafatların sahibidir.

İslahat.az