19 Fevral 2024
16:11
257

Ayxatun Tədris Mərkəzi "2023-cü İlin Uğuru" mükafatına layiq görülüb - fotolar

"Ayxatun Tədris Mərkəzi"  təhsil xidmətləri üzrə liderdir.

Ayxatun Tədris Mərkəzinin yaradıcısı Anar bəyin elmə, təhsilə olan marağı onun məhz 2020-ci ildən tədris üzrə ilk iş planını qurmasına təşəbbüs göstərmişdir.

Artıq 2021-ci ildən Ayxatun Tədris Mərkəzi adı altında Xırdalan, Masazır və Hökməlidə iş birliyi olaraq digər tədris mərkəzləri ilə fəaliyyətə başlamışdır.

2022-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsində Ayxatun Tədris Mərkəzinin ilk filialı qurulmuşdur. Ayxatun Tədris Mərkəzi peşəkar təlimçilərin peşəkar komandası ilə əməkdaşlıq edir və keyfiyyətli təlim üçün lazım olan hər şeyə müasir bir infrastruktura malikdir. Müəllimlərimiz tərəfindən tədrisin keyfiyyəti illərdir tələbələrin yüksək qiymətləri ilə təsdiqlənir. Artıq bu illər ərzində bir çox tələbə yetişdirilmiş və həmin tələbələr öz uğurlarına imza atmışdır.

Ayxatun Tədris Mərkəzi fəaliyyət göstərdiyi illər ərzində 2023-cü ilin "Peşəkar tədris mərkəzi” naminasiyasına layiq görülmüşdür. 2024-cü ildə isə "Ganjavi Holding"in prezidenti Elşən Gəncəvi tərəfindən Ayxatun Tədris Mərkəzinə "Faydalı əməkdaşlıq və nümunəvi fəaliyyət üçün” təşəkkürnamə təqdim olunmuşdur.

Sonda Anar bəy çıxışında, "Mən fəxr edirəm ki, Azərbaycan xalqının övladına xidmət göstərirəm” söyləmişdir.

İslahat.az