20 Dekabr 2023
12:09
325

Qədim şəhərin dirçələn komandası -"KƏPƏZ"

Hazırkı vəziyyət

Bazar ertəsi günü futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vuruldu. Azərbaycan futbolunun məbədi "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Qarabağ" "Neftçi"ni qəbul etdi. Çarəsizlikdən bu oyuna gah derbi, gah mərkəzi oyun dedik. Ancaq çarəsizlikdən dedik. Çünki Azərbaycanda böyük oyunu formalaşlaşdıracaq, diqqətləri yönəldəcək bir oyun təssüfki bu gün yoxdur. Maraqlı tərəf ondan ibarətdir ki, istər derbi adlandırılsın, istər böyük oyun, istər də turun və çempionatın mərkəzi oyunu adlandırılsın bu oyunlarda tərəflərdən biri hər zaman "Neftçi" olub. Mən bu gün "Neftçi" haqqında danışmayacağam, yazmayacağam. Onun tarixindən bəhs etməyəcəyəm. Düşdüyü vəziyyətdən və bu vəziyyədən çıxa bilmə nəhəngliyini, qüdrətini də müzakirə etməyəcəyəm. Bu gün başqa bir məsələyə toxunacağam. Bu gün yaxşı vəziyyətdə olmayan "Neftçi"yə derbi, böyük oyun və mərkəzi qarşılaşma adı ilə hansı klubu "para" edə bilərik. Çoxunuz yaxın, hətta çox yaxın zamanlarda yaranıb, yaranması ilə dağılması arasında ( mən əsas liqadakı mübarizəsini nəzərdə tuturam) fərqin böyük olmadığı "Xəzər Lənkəran"ı "Neftçi"yə "para" edə bilərsiz. Ancaq mən heç bir zaman bu komandalar arasındakı oyunu nə derbi nə böyük oyun kimi görmədim. Çünki 37-ci ildə yaranan komanda 2004-cü ildə yaranan komanda ilə böyük oyunu qura bilməzdi.Düşünün klubun biri 2004-cü ildə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Rusiyanın ən köklü klubu, elə həmin mövsüm bir zamanlar mövcud olan UEFA Kubokunu başı üzərində qaldıran MOİK-lə heç-heçə edir. Digəri isə sadəcə 2004-də yaranan bir klubdur. Tarix, ənənə və təməl fərqi özünü əyani göstərirdi. Sabun köpüyü şişdi, şişdi və ənənəsi olmadığı üçün partladı. Həmin şəhərin,zonanın futbol ənənəsi haqqında mən quru cəfəngiyyat yox, çılğın azərkeşlərindən də yox, sadəcə çıxış etdiyi dövrə aid tarixi statistika göstərsəniz bəlkə bu klub haqqında nəsə ürək açan söz deyə bilərdim. Ancaq o zaman onu azacıq olsa da "Neftçi"yə tay bilərdim. Statistikalar isə ən azından "google"dan girib Azərbaycan SSR futbol çempionlarının adına baxsas bəs edər. Bəs bu gün "Neftçi"yə kim rəqib ola bilər. Bəli lori dildə desək bu gün Azərbaycan futbolunun nə sabun köpükləri nə də indiki futbolumuzun sabahı olmağı hədəfləyən keçmişi olmayan klublar "Neftçi" ilə böyük oyunu yarada bilməz. Siz "Qarabağ" variantına qayıdacaqsız. Amma "Qarabağ"ın tarixi maksimum gedir çıxır 1987-ci ilə. Onda tək varyant qalır bəzilərimiz üçün qədim Gəncə təmsilçisi, bəzilərimiz üçün Nizami Yurdunun təmsilçiləri dediyimiz -"KƏPƏZ"

Niyə "Kəpəz" ?

Bəs niyə "Kəpəz" ? 15, 16 yaşlı biri "Kəpəz"in nə olduğunu anlamaz. 30-35 yaşlı tarixdən anlayışı olmayan şəxsə böyük futbol və derbi desən o da bayaq sadaladığım "Neftçi"-"Xəzər-Lənkəran" oyununu deyəcək. Gəlin qədim Gəncə təmsilçisinin tarixinə baxaq. "Kəpəz"in yaranması təxminən XX əsrin 50-ci illərinin sonuna təsadüf edir. Bu da sizə Azərbaycan futbolu üçün qocamanlığı sübut edən qədim şəhər adına layiq olan tarix. 1962-ci ildə Kəpəz "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı. Kəpəzin bu uğuru onun nüfuzunu SSRİ məkanında daha da artırdı. 1965-ci ildə "Dinamo" adı altında SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanan Kəpəz, 3 il sonra isə SSRİ çempionatının 1-ci dəstəsində çempion olub güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atmışdır. Belə ki, ölkənin futbol tarixində ilk dəfə olaraq Azərbaycan SSRİ güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı. Kəpəz SSRİ 1-ci dəstəsində çempion olaraq qızıl medallar qazanan yeganə Azərbaycan klubu olmuşdur. Bu isə sizə klubun statistikası. Beləcə bu iki komandanın derbi olması üçün sizlərə səbəb.

Hazırkı vəziyyətdə "KƏPƏZ"

"Kəpəz" hal-hazırda Azərbaycan Premyer Liqasında doqquzuncu pillədədir. Komandanın ağır vəziyyətinə görə komandada dəyişikliklər baş verdi. Baş məşqçi postunda Azər Məmmədovu Adil Şükürov əvəz etdi. Onun baş məşqçisi kimi rəsmən startından sonra "Kəpəz"dəki dəyişiklikləri əyani şəkildə gördük. Klub Azərbaycan Premyer Liqasında keçirdiyi dörd oyunda iki heç-heçə edib, bir qələbə qazandığı zaman cəmi bir qarşılaşmada meydanı məğlub tərk edib. Hətta klub Şükürovun rəhbərliyi altında üç xalı üç cavasız qolla qazandığı "Qəbələ" ilə oyunda oldu. Son oyunda isə klub Azərbaycan Kubokunun 1/8 final mərhələsində yenə Adil Şükürovun rəhbərliyi ilə yeganə məğlub olduğu "Sabah" klubuna yenə məğlub oldu. Ancaq bütün prosesləri təhlil etdiyimiz zaman "Kəpəz"in Adil Şükürovun rəhbərliyi ilə dirçəlişdə olduğunu əyani müşahidə edə bilərik. Bəs niyə Adil Şükürov iki dəfə eyni komandaya məğlub oldu. Bunun cavabı daha sadədir. Birinci səbəb ondan ibarət idi ki,"Sabah"ın üzərində təzyiq çox böyük idi. "Sabah"a xəriclənən pullərı və ondan tələb olunanları nəzərə alsaq "Sabah" "Kəpəz"lə oyuna sanki üç xala görə savaşa çıxmışdı. İkinci Azərbaycan Kubokunun oyununa nəzər salaq. Yenə də "Sabah"a olan təzyiqlər və xəriclənən pulların tələbi. Premyer Liqada qışdan sonra işi Allaha qalan futbolumuzun sabahı diqqətini Azərbaycan Kubokuna dikdi. Ona görə də elə ilk həmlədə qarşısına "Kəpəz"i parçalamaq istədi.Ancaq necə deyərlər qarşısındakına dovşan gözü ilə baxan pələng qarşısınnda qurd gördü. Gəncəlilər Murad Musayevin komandası üçün asan yem olmadı. Dörd çırmaq atanda üzlərində üç çapığ gördülər. Bir futbolçunun "Sabah"ın qapsına üç dəfə yol tapması və "Kəpəz"in əzimkarlığı Adil Şükürovun gördüyü işlərdə doğru yolda olduğunu göstərdi. Ancaq bu futboldur. Sonda kimsə məğlub olmalıdır. Təssüflər olsun ki, heyətindəki oyunçuların səviyyə fərqinə görə "Kəpəz" yenə "Sabah"a məğlub oldu.

İndi bizlərə həqiqi tarixi və statistikanı bilənlərə isə bir şey qalır. Allaha dua etmək. Dua edək ki, "Neftçi" əvvəlki əzəmətli günlərini üç qat ölkə çempionu "Kəpəz"i isə layiqli formasına sahib olsun və bütün dünyada bizdə də böyük oyun və ölkə derbisi var deyə bilək. İki qədim və böyük şəhərin əzəmətli oyununa şahid olaq.

Nəzərbəy Hacıağayev, NəzərMedia.az

İslahat.az