16 Yanvar 2024
12:58
416

ADY: Biləcəri Texniki Xidmət Məntəqəsində baş vermiş tüstülənmənin qarşısı alınıb

Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

İslahat.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) "Yeni Gundem”əverilən məlumata görə, ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib.

Məlumata görə, operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İslahat.az