Respublika üzrə oftalmoloji yardımın optimallaşdırılması və görmə qabiliyyəti məhdud olan şəxslərin sayının, korluğun qarşısının alınması üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dövlət layihəsi çərçivəsində bir sıra layihələr həyata keçirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi strukturu və keçirdiyi innovativ layihələrə görə Zaqafqaziya üzrə ən yüksək inkişaf etmiş mərkəzdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz
olunmuşdur. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və
yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Mərkəzdə hər növ oftalmoloji
müalicə və əməliyyatlar aparılır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialları və səyyar
klinikası sayəsində bütün region oftalmoloji yardımla əhatə olunur.
Belə ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq
standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə
oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər
fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik
avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional
parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin
diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan
cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir.
Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində
aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər.
2008-ci ildən Masallı rayonunda, 2016-cı ildən Gəncə şəhərində, 2019-cu ildən
etibarən Şəki şəhərində Mərkəzin ən son avadanlıqlarla təchiz edilmiş Regional
mərkəzləri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji
avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı
cərrahi və konservativ yardım göstərilir.
Həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan
innovativ inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi
olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika
rayonlarının əhalisinə oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün
2005-ci ildən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar
klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox
rayon və şəhərlərində tibbi aksiyalarlar keçirərək əhalinin daha əlçatan, vaxt
itirmədən ilkin müayinəsi, operativ şəkildə onları müayinə-müalicə etmək, göz xəstəlikləri
ilə bağlı əldə edilən nəticələri həll etməyə yardım edir.
Bununla yanaşı 2018-ci ildən isə Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası fəaliyyətə başlayıb. Bunun
sayəsində dəmiryolu xətti yerləşən bütün regionlardakı əhaliyə səyyar xidmət
göstərilir.
Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə ona öz
köməkliyindən əsirgəmirlər, belə ki, ayrı-ayrı xeyriyyə aksiyalar zamanı və
gündəlik işində Mərkəzin əməkdaşları tərəfindən yüzlərlə az təminatlı xəstələrə,
əlillərə, Böyük Vətən müharibəsi, Qarabağ müharibələri veteranları və əlillərinə,
qaçqınlara və məcburi köçkünlərə təmənnasız ambulator və stasionar yardım göstərilir.
Səhiyyə Nazirliyinin köməkliyi ilə bu fəaliyyət çərçivəsində respublika
rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi
yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar
klinika təşkil edilmişdir.
Avtomobil və Dəmiryolu Səyyar klinikasında oftalmoloji xəstənin müayinəsi və
lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün hər bir şərait yaradılıb:
yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir
diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə
kataraktanın ekstraksiyasının aparılması üçün xüsusi aparat. Səyyar klinika
muxtar həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz
olunub və hər bir şəraitdə işləyə bilər. Həmin klinika ölkəmizin müxtəlif
rayonlarına gedərək, artıq müntəzəm şəkildə fəaliyyət göstərir.
İslahat.az