28 Fevral 2024
15:14
197

AMADA-nın şöbə müdiri Fransada WADA sosial elmi tədqiqatlar simpoziumunda ölkəmizi təmsil edib

Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm şöbəsinin müdiri Rüfət Efendiyev təmsil edib.
WADA-nın təşkil etdiyi simpoziuma 50-yə yaxın ölkədən nümayəndə heyəti qatılıb.
Côte d’Azur Universitetində keçirilən və sessiyalar üzrə davam edən tədbirdə birgə əməkdaşlıq, beynəlxalq və müxtəlif idman növləri üzrə tədqiqatların aparılması, araşdırmalara idmançıların tərəfdaş kimi cəlb edilməsi və təmiz idman üçün gələcək tədqiqat prioritetlərinin müəyyən olunması kimi müasir mövzularda müzakirələr aparılıb.