Arif Zeyn “International Pearls Awards 2026” mükafatına layiq görülüb
Arif Zeyn "International Pearls Awards 2026” mükafatına layiq görülüb.
Bu barədə məlumatı layihənin direktoru İlmirzə Ağabəyov məlumat verib.
Ötən gün ölkəmizdə baş tutan möhtəşəm "International Pearls Awards 2026” gecəsində Azərbaycanla yanaşı, bir çox ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər.
Mükafatçılar sırasında tanınmış beynəlxalq dərəcəli iş adamı Arif Zeyn də yer alıb.
Qeyd edək ki, Arif Zeyn avtomobil sənayesində uzun illərdir fəaliyyət göstərən uğurlu iş adamıdır. Onun rəhbərliyi ilə Azart Qrup 2008-ci ildən etibarən avtomobil sektorunda fəaliyyətini genişləndirərək Azart Tuning, Azart Cars, Azart Store və ehtiyat hissələri sahələrini əhatə edən güclü biznes strukturuna çevrilib. O, həmçinin Azart Futbol Klubunun sahibidir və sahibkarlıq sahəsində uğurları ilə seçilir.
"International Pearls Awards 2026” layihəsinin keçirilməsində göstərdiyi dəstəyə görə Baş Sponsorlarımız – Flax Project və White Star Cleaning xüsusi olaraq qeyd olunur.
Tədbirin təşkilatçısı Caspian Events Group və Luxury Society Baku olaraq, Baş Sponsorlarımız Flax Project və White Star Cleaning-ə göstərdikləri dəstəyə görə təşəkkür edirik.