13 Dekabr 2022
16:45
18784

Azərbaycan badmintonçuları Maltada üç medal qazanıblar

Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən "Future” seriyalı "Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

İslahat.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, millinin lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb.

Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuza finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edinin bolqarıstanlı Dimitar Yanakievlə həlledici görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, rəqib ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo "Malta International 2022” turnirini qalib kimi başa vurub.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20:22,15:22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrayarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8:21, 11:21) hesabı ilə uduzaraq, turniri 3-cü sırada başa vurub.

İslahat.az