20 Dekabr 2022
14:06
19000

Azərbaycanlı gəncin mahnısı dünya gənclərinin səsi oldu

Azərbaycanlı gəncin müəllifi və ifaçısı olduğu mahnı, Avropa İttifaqının "Səsimiz gələcəyimizdir” adlı beynəlxalq sosial media kampaniyasının rəsmi mahnısı seçilib.

İslahat.az xəbər verir ki, mahnının müəllifi, Gənc Avropa Səfiri 22 yaşlı Leyla Tağıyeva bildirib ki, "8 billion people" (8 milyard insan) mahnısı onlarla səfir, beynəlxalq təşkilatların nümayəndələri və dünyanın hər bir bölgəsində çalışan diplomatlar tərəfindən paylaşılıb, haqqında Aİ-nin Azərbaycan səfirliyi tərəfindən mətbuat konfransı təşkil olunub:

"Mən bu mahnı vasitəsilə dünya gənclərinin fikirləri ilə yanaşı, həm də, sülhsevər xalqımızı təmsil edirəm. Avropa İttifaqının beynəlxalq layihəsində iştirak edərək dünya gənclərinin səsi olmaq üçün mənə təklif gəldikdə mən özümə bu sualı verdim: Dünya gəncləri nə istəyir? Əgər mənə, belə önəmli bir təmsilçilik həvalə olunubsa, mən həqiqətən də təsirli bir layihə təqdim etməli idim və təbii ki, bu, bütün dünya gənclərini narahat edən mövzulardan birinə həsr olunmalı idi. Yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və ya iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öncəliklə dünyada sülhü bərqərar etmək vacibdir. Eşitdiyim hekayələr, gördüyüm hadisələr, analizlərimi hisslərimlə birləşdirib "8 milyardlıq insandan ibarət komanda” mahnısını yazıb, Avropa İttifaqına təqdim etdim. Mahnı #SəsimizGələcəyimizdir adlı gənclər layihəsinin rəsmi mahnısı (//www.youtube.com/watch?v=EvarZLGAMu4) seçildi. Ölkəmin adını belə mötəbər kürsülərdən səsləndirmək mənim üçün böyük qürurdur”.

İslahat.az